Hacıqabul Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Hacıqabul Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
9 Yanvar , 2015 18:13
Hacıqabul Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Hacıqabul Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə bu sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi