​Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib

​Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib Sözügedən körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir
İnfrastruktur
23 İyul , 2016 09:51
​Göyçayda sel sularının dağıtdığı körpü bərpa edilib

Bakı. 23 iyul. REPORT.AZ/ Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol”un canlı qüvvə və texnikası cəlb olunub.

Dağılan körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlanıb.

Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü 1970-ci illərində inşa edilib.

Son xəbərlər

Orphus sistemi