Gennadi Zubko: "Ukrayna "Baltik dənizi-Qara dəniz-Xəzər dənizi" nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarıdır"

Gennadi Zubko: "Ukrayna "Baltik dənizi-Qara dəniz-Xəzər dənizi" nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarıdır" Ukrayna Azərbaycan tərəfinə bu nəqliyyat dəhlizinin yaradılması haqqında saziş layihəsi təqdim edib
İnfrastruktur
1 İyul , 2016 15:37
Gennadi Zubko: Ukrayna Baltik dənizi-Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarıdır

Bakı. 1 iyul. REPORT.AZ/ "Ukrayna "Baltik dənizi-Qara dəniz-Xəzər dənizi" nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarı kimi Azərbaycan tərəfinə bu barədə saziş layihəsi təqdim edib".

"Report" Ukraynanın hökumət portalına istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubko bu gün Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna birgə Hökumətlərarası Komissiyasının 11-ci iclasında deyib.

"Bu, böyük nəqliyyat dəhlizidir və bir neçə marşrutu sinxronlaşdıracaq, iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edəcək. Həmçinin regionda yük daşımalarının inkişafının kompleks strategiyasının formalaşdırılması üçün dəhliz çərçivəsində vahid idarəetmə orqanının yaradılması nəzərdə tutulub", - deyə, G.Zubko bildirib.

O, eyni zamanda "İpək Yolu" marşrutu üzrə Ukrayna və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Baş nazir müavininin sözlərinə görə, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner qatarının test reysinin nəticələri belə daşımaların texniki və texnoloji imkanlarını sübut edib.

Son xəbərlər

Orphus sistemi