Gəncədə yol tikintisinə 12 milyon manat ayrılıb

Gəncədə yol tikintisinə 12 milyon manat ayrılıb Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb
İnfrastruktur
9 Fevral , 2016 18:04
Gəncədə yol tikintisinə 12 milyon manat ayrılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi