​Gəncədə “İnsan hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

​Gəncədə “İnsan hüquqlarının qorunması” mövzusunda seminar keçirilib Bakı. 3 iyun. REPORT.AZ/ Mayın 18-dən iyunun 18-dək “Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq ...
İnfrastruktur
3 İyun , 2015 20:33
​Gəncədə “İnsan hüquqlarının qorunması” mövzusunda seminar keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Mayın 18-dən iyunun 18-dək “Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq “İnsan hüquqları aylığı” elan edilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, aylıq çərçivəsində bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncədə növbəti tədbir keçirilib.

“İnsan hüquqlarının qorunması” mövzusunda keçirilən tədbirdə iştirakçılara gənclərin, qadınların, uşaqların, əlillərin, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi