​Gəncə Avtomobil Zavodunun məhsulları üçüncü ölkələrin bazarına çıxarılacaq

​Gəncə Avtomobil Zavodunun məhsulları üçüncü ölkələrin bazarına çıxarılacaq Gəncə Avtomobil Zavodu ilə Belarusun "MTZ-Holding"i arasında uzunmüddətli tərəfdaşlıq sazişi imzalanıb
İnfrastruktur
12 Fevral , 2015 13:40
​Gəncə Avtomobil Zavodunun məhsulları üçüncü ölkələrin bazarına çıxarılacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanın "Gəncə Avtomobil Zavodu" (GAZ) İB və Minsk Traktor Zavodunun (MAZ, Belarus) bazasında yaradılan "MTZ-Holding" arasında uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq müqaviləsi imazalanıb.

“Report” Gəncə zavodunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində keçirilən mərasimdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinə və üçüncü ölkələrin bazarlarına çıxmağa imkan verən üç sənəd imzalanıb. Sənədləri GAZ-ın direktoru Kamran Nəzərov və “MTZ-Holding”in baş direktoru Fyodor Domotenko imzalayıblar.

Mərasimdə Belarus səfiri Nikolay Patskeviç bildirib ki, Azərbaycan və Belarusun maşınqayırma müəssisələri arasında əlaqələrin inkişafı ölkələr arasındakı münasibətlərin strateji xarakter daşıdığına sübutdur.

GAZ-ın Müşahidə Şurasının sədri Xanlar Fətiyev isə qeyd edib ki, müəssisələr arasında strateji sazişlərin imzalanmasında məqsəd “MTZ-Holding”in Gəncə zavodunda yığılan məhsullarının üçüncü ölkələrin bazarlarına çıxışını təmin etməkdir.

Holdinqin baş direktoru F.Domotenkonun sözlərinə görə, bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi ərzaq təhlükəsizliyinin təminatı baxımından vacib məsələdir və müəssisələr arasında yeni sənədlərin imzalanması simvolik xarakter daşıyır.

Qeyd edək ki, tərəflər 2015-ci il üzrə müqavilə, uzunmüddətli tərəfdaşlıq haqqında strateji saziş və qarşılıqlı əməkdaşlıq haqqında 3 illik müqavilə imzalayıblar.

GAZ ilə “MTZ-Holding” arasında imzalanan sənədlər tədarük olunan məhsulların çeşidini və həcmini artıracaq.

Son xəbərlər

Orphus sistemi