"Gəmi Təmiri" ASC ləğv edilib

"Gəmi Təmiri" ASC ləğv edilib Cəmiyyət artıq fəaliyyətini dayandırıb
İnfrastruktur
13 Yanvar , 2016 11:06
Gəmi Təmiri ASC ləğv edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibində olan "Gəmi Təmiri" ASC ləğv edilib.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəmiyyətin hüquq varisliyi digər hüquqi şəxsə keçmədən ləvğ olunub.

Kreditorlar tələblərini 7 mart 2016-cı il tarixinədək Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi,5 ünvanına bildirməlidir.

Xatırladaq ki, məsələ ilə bağlı dekabrın 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin inzibati binasında ASC səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. Yığıncaqda şirkətin ləğv olunması və təsviyyəçinin təyini ilə əlaqədar məsələyə baxılıb.

Son xəbərlər

Orphus sistemi