Gələn il Azərbaycan ərazisindən 1,8 mln. ton tranzit yükün daşınması planlaşdırılır

Gələn il Azərbaycan ərazisindən 1,8 mln. ton tranzit yükün daşınması planlaşdırılır Cavid Qurbanov: "Yükdaşımaların həcminin artırılması üçün daha əlverişli tarif siyasəti yürüdülməlidir"
İnfrastruktur
13 Oktyabr , 2016 16:18
Gələn il Azərbaycan ərazisindən 1,8 mln. ton tranzit yükün daşınması planlaşdırılır

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə ölkə ərazisindən 1,7 - 1,8 mln. ton tranzit yükün daşınmasını planlaşdırır".

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Biz ölkədə keçən yükdaşımaların həcmini artırmaq niyyətindəyik. Nəticə etibarilə əmək haqqının artırılmasına çalışacağıq. Dəmir yolunun əsas işi xidmətdir. Belə ki, 2014-cü ildə dəmir yolu vasitəsilə 21 mln. 800 min ton, 2015-ci ildə 27 mln. ton, bu ilin 8 ayında isə 15,5 - 16 mln. ton tranzit yük daşınıb".

Böhranla əlaqədar yükdaşımanın həcminin azaldığını qeyd edən C.Qurbanov yükdaşımaların həcminin artırılması üçün daha əlverişli tarif siyasətinin yürüdülməli olduğunu vurğulayıb.

"2020-ci ilə qədər ölkə ərazisindən ayda 2 mln. ton yükün daşınmasına çalışacağıq. Bu da öz növbəsində əmək haqlarının artmasına kömək olacaq", - deyə C.Qurbanov bildirib.  

Son xəbərlər

Orphus sistemi