Füzuli rayonunda daha bir kəndə içməli su verilib

Füzuli rayonunda daha bir kəndə içməli su verilib Layihə çərçivəsində 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib
İnfrastruktur
4 İyun , 2015 19:43
Füzuli rayonunda daha bir kəndə içməli su verilib

Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılıb. “Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, kəndə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini təbrik edərək bildirib ki, rayonda genişmiqyaslı işlər həyata keçirilir: “Rayonun işğaldan azad olunan kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Rayonun yaşayış məntəqələri keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanıb. Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılıb, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilib. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1 650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi