Füzuli rayon Statistika İdarəsinin yeni binasının açılışı olub

Füzuli rayon Statistika İdarəsinin yeni binasının açılışı olub Yeni bina “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində tikilib
İnfrastruktur
7 May , 2016 15:05
Füzuli rayon Statistika İdarəsinin yeni binasının açılışı olub

Bakı. 7 may. REPORT.AZ/ Füzuli Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Füzuli rayon Statistika İdarəsinin 394 kv.metr sahəsi olan ikimərtəbəli inzibati binası müasir tələblərə uyğun kompüter texnikası, mebel və zəruri avadanlıqlarla təmin edilib. 

Yeni bina “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində tikilib. 

Açılış mərasimində Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, son illərdə ölkədə rəsmi statistikanın inkişafına dair uğurla icra olunan dövlət proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 28 rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib. Bütün bu görülən işlər Prezident İlham Əliyevin statistika sisteminin inkişafına olan diqqət və qayğısının əyani nümunəsidir. 

Sonra tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi