​Fransanın "Alstom" şirkəti Azərbaycanda müştərək müəssisə yaradacaq

​Fransanın "Alstom" şirkəti Azərbaycanda müştərək müəssisə yaradacaq Hazırda bununla bağlı Bakı Metropoliteni ilə danışıqlar aparılır
İnfrastruktur
12 May , 2015 16:55
​Fransanın Alstom şirkəti Azərbaycanda müştərək müəssisə yaradacaq

Bakı. 12 may. REPORT.AZ/ Fransanın "Alstom" şirkəti Azərbaycanda lokallaşmaq niyyətindədir. Bu məqsədlə şirkət hazırda Bakıda "Bakı Metropoliteni" QSC ilə danışıqlar aparır. Bunu "Report"a açıqlamasında şirkətin Rusiya və MDB ölkələri üzrə böyük vitse-prezidenti Martin Vojur bildirib.

Onun sözlərinə görə, bu məqsədlə "Alstom" bu ilin sonuna "Bakı Metropoliteni" ilə müqavilə imzalayacağına ümid edir: "Bu müqavilənin önəmi ondan ibarət olacaq ki, biz Bakıda birgə istehsal təşkil edə biləcəyik. Bakı Metropoliteni ilə qatarların konstruksiyalarını, daxili və xarici dizaynını və s. həlləri birgə işləyib hazırlayırıq. Danışıqlar zamanı burada açılacaq müəssisəyə hansı texnologiyaların ötürülməsi, işçilərin sayı, həmçinin zavodun maliyyə dəyəri və s. məsələlər müzakirə ediləcək. Bütün bunlar zaman tələb edir. Müqavilə imzalanacağı təqdirdə fiziki olaraq işə başlayacağıq".

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da maliyyə böhranının yaşanmasına baxmayaraq, M.Vojur qeyd edib ki, Azərbaycanda 2030-cu ilə qədər yeni xətlərin tikilməsi nəzərdə tutulub və bunun üçün yeni qatarlara da ehtiyac var.

"Bütün dünyada müəyyən vaxtlarda böhran yaşanır. Amma danışıqlar yenə də gedir. Ola bilər ki, müəyyən layihələr təxirə salınsın, amma bu onların ləğv olunması demək deyil", - M.Vojur bildirib. 

Son xəbərlər

Orphus sistemi