​Ərəb investorları "New Scotland Yard"ı alıb

​Ərəb investorları "New Scotland Yard"ı alıb Burada lüks mənzillər və ofislərin inşası planlaşdırılır
İnfrastruktur
10 Dekabr , 2014 11:54
​Ərəb investorları New Scotland Yardı alıb
Bakı. 10 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Financial Group" investisiya şirkəti London şəhərinin mərkəzindəki "New Scotland Yard" binasını alıb. "Report"un məlumatına görə, müsabiqədə binanın ilkin qiyməti 120 mln. funt sterlinq olsa da, ərəb investorları 10 rəqibini üstələyərək 370 mln. funt sterlinqə (580 mln. ABŞ dolları) həmin binanı əldə ediblər.

Britaniya hökuməti satışdan əldə edilən vəsaitin polis əməkdaşlarının tablet kompüterlər, "smart" telefon və onların geyimlərinin üzərinə quraşdırılacaq kameraların alınmasına sərf edəcək. Həmçinin, polis muzeyinin yaradılması planlaşdırılır.

"Abu Dhabi Financial Group" binanı sökərək lüks mənzillər və ofislər tikməyi planlaşdırır. London polisi 1967-ci ildən bu binanı mərkəz olaraq istifadə edib. Məlumata görə, yeni polis binası "New Scotland Yard"dan 800 metr aralı, Temza çayı sahilində daha kiçik bina olacaq. Həmçinin, onlar "New Scotland Yard" yazısını da həmin binaya yapışdıracaqlar.

Yeni qərargaha köçürülmə London polisinə ildə 6 mln. funt sterlinqə qənaət etməyə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi