Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək Görüş fevralın 19-da baş tutacaq
İnfrastruktur
15 Fevral , 2016 11:05
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşəcək

Bakı. 15 fevral.REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 19-da Qobustan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qəbulda qeyd olunan rayonların sakinləri iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

- Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349);

- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08).

Son xəbərlər

Orphus sistemi