Bakı. 22 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 26-da Naftalan şəhərində vətəndaş qəbulu keçirəcək.
Komitənin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, qəbulda Naftalan, Goranboy, Bərdə, Ağdam, Tərtər, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin elektron ünvanına (