​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək Görüşdə Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcərdən olan vətəndaşların müraciətlərinə baxılacaq
İnfrastruktur
12 İyun , 2015 13:51
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək

Bakı. 12 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyunun 19-da Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcək. Qəbulda qeyd edilən rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və telefon nömrələri ilə (012) 490 24 08 (daxili 105, 102 və 349), (02221) 5 52 90, (02226) 5 08 69, (02220) 5 23 75) əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi