​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib
İnfrastruktur
27 Aprel , 2015 19:01
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

Bakı. 27 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Ağsuda vətəndaş qəbulu keçirib. 

“Report” Komitənin məlumatına əsasən bildirir ki, keçirilən regional vətəndaş qəbulunda Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaş qəbulu Ağsu şəhərində yerləşən Gənclər Mərkəzində keçirilib.

Vətəndaşların müraciətləri əsasən onlara ayrılmış torpaq sahələri, yaşadıqları fərdi həyət evləri və mənzilləri, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aid olub. Bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub. Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Vətəndaşların bir qismi komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı da müraciətlərini bildiriblər.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. 

Son xəbərlər

Orphus sistemi