Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərraclar elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərraclar elan edib Hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb
İnfrastruktur
22 Avqust , 2016 12:38
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərraclar elan edib

Bakı. 22 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) böyük özəlləşdirmə prosesi çərçivəsində növbəti hərraclar elan edib.

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, budəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb.

Hərraclar barədə məlumatlar Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində və Özəlləşdirmə Portalında yerləşdirilib. Maraqlanan vətəndaşlar hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə Portalında müvafiq bölmələrdə yerləşdirilən məlumatlarla ətraflı tanış ola bilər. Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də budəfəki hərraclarda özəlləşməyə çıxarılıb.

Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, "nəqliyyat vasitələri" bölməsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi