​Əmlak Komitəsi bu il 50 minə yaxın əmlakı sənədləşdirib

​Əmlak Komitəsi bu il 50 minə yaxın əmlakı sənədləşdirib Komitə tərəfindən 2015-ci ilin birinci rübündə ölkə üzrə aparılan daşınmaz əmlakın ilkin qeydiyyatı ümumi qeydiyyatın 23,3%-ni təşkil edib
İnfrastruktur
20 May , 2015 20:55
​Əmlak Komitəsi bu il 50 minə yaxın əmlakı sənədləşdirib

Bakı. 20 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin yanvar-mart aylarında ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Aparılan qeydiyyatın 11 mindən çoxu, yaxud 23,3%-i ilkin, 38 minə yaxını yaxud 76,7%-i isə təkrar qeydiyyata aiddir. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə ümumi qeydiyyat 11,1% artıb.

Cari ilin yanvar-mart aylarında 35 mindən çox daşınmaz əmlaka texniki pasport tərtib edilib. 9 min ipoteka müqaviləsi, mindən çox yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 33 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə yüklülüyün qeydiyyatında 46,9%, ipotekanın qeydiyyatında isə 2,0% artım olub. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların sayında 6,8%, əhaliyə xidmətlə bağlı müxtəlif arayışların sayında isə 26,5% artım müşahidə edilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 9 mindən çoxu fərdi yaşayış və bağ evi, 11 mindən çoxu mənzil, 27 minə yaxını torpaq sahəsi, minə yaxını isə qeyri-yaşayış binası olub.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin birinci rübündə ölkə üzrə aparılan daşınmaz əmlakın ilkin qeydiyyatı ümumi qeydiyyatın 23,3%-ni təşkil edib.

2015-ci ilin yanvar-mart aylarında ölkə üzrə 11 mindən çox mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Ümumilikdə özəlləşdirmə başlayandan aprelin 1-i tarixinə kimi ölkə üzrə 508 mindən çox mənzil özəlləşdirilib.

Komitənin 31 eketron xidmətindən indiyədək 210 minə yaxın müraciət məhz elektron xidmətlər vasitəsilə təmin edilib. Cari ilin birinci rübündə isə 36 minə yaxın müraciət elektron xidmətlər vasitəsilə daxil olub. İlin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. 

Son xəbərlər

Orphus sistemi