Ələt-Qobustan dəmir yolunun əsaslı təmirinə başlanılıb

Ələt-Qobustan dəmir yolunun əsaslı təmirinə başlanılıb Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
10 Noyabr , 2015 09:28
Ələt-Qobustan dəmir yolunun əsaslı təmirinə başlanılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi xəbərə görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Artıq Biləcəri stansiyasında 1,5 km uzunluğunda baş yol əsaslı təmir edilib.

Bu gün isə Ələt-Qobustan mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb. Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayevin verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac müqaviləsinə əlavə saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi