​“Elektron xidmət növlərinin Siyahısı”na əlavələr olunub

​“Elektron xidmət növlərinin Siyahısı”na əlavələr olunub Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib
İnfrastruktur
5 İyul , 2016 01:31
​“Elektron xidmət növlərinin Siyahısı”na əlavələr olunub

Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilib.

"Report" mxəbər verir ki, qərar ölkə prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Dəyişikliklərə görə, “Elektron xidmət növlərinin Siyahısı”nın 30-cu hissəsi ləğv edilib və aşağıdakı məzmunda 9.16 - 9.36-cı bəndlər əlavə edilib:

Sığortaedənin (hüquqi və fiziki şəxs) onlayn uçota alınması

- Ailə kəndli təsərrüfatının onlayn uçota alınması

- Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması

- Sığortaolunanın onlayn uçota alınması

Bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamənin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

- Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi

- Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın təqdim edilməsi

- Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının təqdim edilməsi

- Məcburi dövlət sosial sığorta haqqı üzrə borcu barədə arayışın sığortaedənə verilməsi

- Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu

- Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

- Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

- Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

- Uşağın üç yaşı tamam olanadək, ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

- Sığortaolunanlara məlumatların verilməsi

- Pensiya kalkulyatoru

- Pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu

- Pensiyaçıya məlumatların verilməsi

- Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi

- Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

Son xəbərlər

Orphus sistemi