Eldar Haciyev: "Biletlərin avroyla satılması AZAL-ın qərarı deyil"

Eldar Haciyev: "Biletlərin avroyla satılması AZAL-ın qərarı deyil" "Azərbaycan bir dövlət olaraq 2006-cı ildə İATA tərəfindən avrozonaya daxil edilib"
İnfrastruktur
22 İyul , 2015 18:59
Eldar Haciyev: Biletlərin avroyla satılması AZAL-ın qərarı deyil

Bakı. 22 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları”nda biletlərin avroyla satılması birbaşa AZAL-ın qərarı deyil". "Report"un məlumatına görə, bunu AZAL-ın sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, 2006-cı ildə İATA tərəfindən Azərbaycan bir dövlət olaraq aviaşirkətlər arasında avrozonaya daxil edilib: "Yəni həmin ilə qədər Azərbaycanda təyyarə biletləri dollarla satılırdı, 2006-cı ildən sonra qəbul olunmuş qərarla Azərbaycan Rusiya, Türkiyə kimi bir çox ölkələrlə bərabər, avro məkanına daxil olundu. Türkiyə son iki ay ərzində öz xahişi ilə avro məkanından çıxıb yenidən dollar məkanına qayıdıb, ona görə də bizim imkanımız məhduddur və biz manatla heç cür bilet sata bilmərik”.

Direktor bildirib ki, sərnişinlər təyyarəyə ancaq əl yükü götürə biləcəklər: "Əl yükü yalnız 5 kq çəkidə ola bilər, hər bir baqaj üçün Azərbaycandan 50 manat, xarici ölkədən 50 dollar ödəməklə götürülə bilər. 99 avro 2.5 saat gediş və 2.5 saat dönüş vaxtına malik reyslərə aiddir. Gələcəkdə Avropanın hansısa şəhərlərinə aşağı qiymətli uçuşlar təşkil etmək üçün hazırda “Azərbaycan Hava Yollarının” təyyarələri yoxdur, çünki aşağı büdcəli uçuşlar üçün tam “biznes sinif” sinifli təyyarələr lazımdır, məsələn, “Airbus 120”, “Boeing 737” modelli təyyarələr olmalıdır".

Eldar Hacıyev vurğulayıb ki, xarici şirkətin Azərbaycana gəlməsi məsələsi isə problemli deyil, dövlətə uyğun razılaşmalara görə, qarşı tərəf öz hava yollarını təyin edib, Azərbaycanın istənilən hava limanına öz səfərlərini təşkil edə bilərlər.

Direktor həmçinin qeyd edib ki, “Azərbaycan Hava Yolları”nın bütün istiqamətlərində 4 satış sinfi olacaq: "Daha tez bilet alanlar daha ucuz bilet almaq imkanına malik olacaqlar. Ucuz biletin öz problemləri də var, geri qaytarmaq imkanı olmayacaq". 

Son xəbərlər

Orphus sistemi