​Dünyada əhalisi 10 mln.-dan çox olan şəhərlərin sayı artır

​Dünyada əhalisi 10 mln.-dan çox olan şəhərlərin sayı artır Belə şəhərlərin sayı 28-dən 36-ya çatacaq
İnfrastruktur
12 Sentyabr , 2014 17:43
​Dünyada əhalisi 10 mln.-dan çox olan şəhərlərin sayı artır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Hazırda dünyada əhalisinin sayı 10 mln.-dan çox olan 28 şəhər var və 2030-cu ilədək meqasitilər sırasına daha 12 şəhərin qoşulacağı proqnozlaşdırılır. “Report” xəbər verir ki, bu barədə “Bloomberq” saytının hazırladığı infoqrafik xəritədə məlumat verilir.

Əhalisinin sayı 2030-cu ildə 10 mln. və daha çox olacaq şəhərlər sırasında Avropada London, Paris, Moskva və İstanbul, Şimali Amerikada Nyu-York, Los-Anceles və Mexiko var.

Statistik hesablamalara görə, yaxın 15 ildə Afrikada da meqasitilər olacaq. Afrika qitəsində əhalisinin sayı 2030-cu ildə 10 mln.-u keçəcək şəhərlərdən biri Anqolanın paytaxtı Luanda şəhəridir. Hazırda 5,3 mln. əhalisi olan Luandada 2030-cu ildə 10,4 mln. nəfər yaşayacaq. Bu şəhər gələcəkdə əhalisinin sayına görə hazırda əhalisi 10 mln. nəfərdən çox olan Kinşasa və Laqosu keçəcək. Afrikada əhalisinin sayı 10 mln.-u keçəcək 4-cü şəhər Yohannesburqdur.

Asiyada demoqrafik azalma müşahidə edilən milyonçu şəhərlər də var. Belə ki, Yaponiyanın Tokio və Osaka şəhərlərində əhali getdikcə azalır. Bu azalmaya baxmayaraq, 2030-cu ildə bu şəhərlərin əhalisi 10 mln.-dan az olmayacaq.

Son xəbərlər

Orphus sistemi