​Dünyanın saatlarla davam edən birbaşa təyyarə reyslərinin siyahısı bəlli olub

​Dünyanın saatlarla davam edən birbaşa təyyarə reyslərinin siyahısı bəlli olub "Boeing 777-300ER" vasitəsilə reallaşdırılan 8 072 mil məsafəlik uçuş 16 saat çəkir
İnfrastruktur
16 Aprel , 2015 20:33
​Dünyanın saatlarla davam edən birbaşa təyyarə reyslərinin siyahısı bəlli olub

Bakı. 16 aprel. REPORT.AZ/ Dünyanın 10 ən uzaq məsafəli "non-stop" uçuşunun ümumi uzunluğu 133 095,967488 kilometr, yaxud 82 702 mildir. 

"Report" "Telegraph"a istinadən xəbər verir ki, həmin reyslər 16-17 saat müddətində reallaşır.

Məlumata görə, onluqda sonuncu yeri "Cathay Pacific" Hava Yolları Şirkətinə məxsus Nyu-York - Honq Konq reysi tutur. "Boeing 777-300ER" vasitəsilə reallaşdırılan 8 072 mil məsafəlik uçuş 16 saat çəkir.

"Emirates" tərəfindən 15 saat 50 dəqiqə müddətində bir-birindən 8 103 mil məsafədə yerləşən Dubay və San-Fransisko şəhərləri arasında reallaşdırılan uçuş 9-cudur. Bu uçuşlar "Airbus A380-800" vasitəsilə reallaşır.

"Boeing 777-300ER" vasitəsilə reallaşdırılan Dallas - Honq Konq reysi bu siyahıda səkkizincidir. "American Airlines"in təyyarəsi 8 123 mil məsafəni 16 saat 20 dəqiqə müddətinə qət edir.

Dünyanın 7-ci ən uzaqməsafəli reysi "Etihad Airways" tərəfindən 8 158 mil məsafədə reallaşdırlan Əbu-Dabi - San-Fransisko reysidir. Bu məsafəni "Boeing 777-300ER" təyyarələri 16 saat 15 dəqiqəyə başa vurur.

"Emirates" tərəfindən Dubaydan Hyustona 16 saat 20 dəqiqə müddətində reallaşdırılan reyslər bu sıralamada 6-cı yerdədir. Uçış zamanı "Airbus A380-800" 8 168 mil qət edir.

Səudiyyə Ərəbistanının Ciddə şəhəri ilə ABŞ-ın Los-Anceles şəhərlərini birləşdirən 8 332 mil məsafəni "Boeing 777-300ER" təyyarələri 16 saat 55 dəqiqəyə qət edir. "Saudia" Hava Yolları Şirkəti tərəfindən reallaşdırılan bu reyslər reytinqdə 5-cidir.

Ümumi uzunluğu 8 339 mil olan Dubay - Los-Anceles reysi bu sıralamada 4-cüdür. "Airbus A380-800" təyyarələrinin 16 saat 35 dəqiqəyə qət etdiyi bu uçuşlar "Emirates" tərəfindən həyata keçirilir.

Siyahının ilk üçlüyünə ümumi uzunluğu 8 390 mil olan Əbu-Dabi - Los-Anceles reysi daxildir. "Etihad Airways" tərəfindən "Boeing 777-200LR" vasitəsilə reallaşdırılan uçuşun müddəti 16 saat 25 dəqiqədir.

Dünyanın ən uzun saat davam edən aviareyslər siyahısında ikinci olan Yohannesburq-Atlanta reysinin məsafəsi 8 439 mil, uçuş müddəti isə 16 saat 40 dəqiqədir. Bu uçuşlar "Boeing 777-200LR" vasitəsilə "Delta Air Lines" tərəfindən reallaşdırılır.

Onluğa liderliyi isə Sidney-Dallas aviareysi edir ki, onun da uçuş məsafəsi 8 578 mildir. "Qantas" Hava Yolları Şirkətinin "Airbus A380-800" təyyarələri vasitəsi reallaşdırdığı bu uçuşu uçuş müddəti isə 16 saat 55 dəqiqədir.

Xatırladaq ki, dünyada saatlarla sürən birbaşa uçuşlardan birini AZAL təşkil edir. Bakı - Nyu-York reysi ilə "Airbus Industrie A340" təyyarələri ilə reallaşdırılan uçuşların müddəti 12 saat 55 dəqiqə çəkir.

Son xəbərlər

Orphus sistemi