Dünya Bankının missiyası Azərbaycanda səfərdədir

Dünya Bankının missiyası Azərbaycanda səfərdədir Missiyanın səfəri həftə sonu bitəcək
İnfrastruktur
30 Sentyabr , 2016 16:44
Dünya Bankının missiyası Azərbaycanda səfərdədir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Dünya Bankının (WB) “Dəmiryolu və ticarətin dəstəklənməsi Layihəsi"nin icrasına dəstək missiyası Azərbaycanda səfərdədir. “Report” xəbər verir ki, missiyaya Antuan Avedis Kunt (Antoine Avedis Kunth) rəhbərlik edir.

Bu həftə başlayan səfər həftə sonu bitəcək.

Məlumata görə, missiya “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə görüşlər keçirib, həmçinin layihənin icra edildiyi ərazilərə səfər edərək işlərin gedişi ilə maraqlanıb.

Qeyd edək ki, “Dəmiryolu və ticarətin dəstəklənməsi Layihəsi"nin ümumi dəyəri 750 mln. ABŞ dollarıdır ki, onun 220 mln. dolları WB-nin vəsaiti hesabına qarşılanır. Belə ki, Bankın ayırdığı vəsait hesabına layihədə elektrik və siqnal-işarəvermə sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi