Dünya Bankı: Azərbaycan dəmir yollarının müasirləşdirilməsinin tamamlanması 2017-ci ilə planlaşdırılıb

Dünya Bankı: Azərbaycan dəmir yollarının müasirləşdirilməsinin tamamlanması 2017-ci ilə planlaşdırılıb "Azərbaycan dəmir yollarının inkişafına fəal şəkildə sərmayə yatırır"
İnfrastruktur
19 Fevral , 2015 13:05
Dünya Bankı: Azərbaycan dəmir yollarının müasirləşdirilməsinin tamamlanması 2017-ci ilə planlaşdırılıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan dəmir yollarının müasirləşdirilməsinin tamamlanması 2017-ci ilə planlaşdırılıb. Bunun nəticəsində sistem indikindən 3 dəfə artıq yük daşıya biləcək. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycanda dəmir yollarının inkişafı haqqında məqaləsində deyilir. 

"Bəzi ekspertlərin bildirdiyi kimi, sürətli və effektiv dəmir yolu regional inteqrasiya və böyük iqtisadi  sisteminin yaradılması üçün mühüm vasitədir. Dəmiryolu sistemi ilə 2014-cü ilin ilk 5 ayı ərzində 8 mln. tondan artıq yük daşınıb. Bu yükün 70%-ni Xəzər dənizi sahillərindən respublikanın Gürcüstanla qərb sərhəddinə qədər daşınan neft təşkil edib".

Biləcəri lokomotiv deposunun rəhbəri Tofiq Nəsirovun sözlərinə görə, Azərbaycan Dəmir Yolları üçün gətirilən yeni lokomotivlər əvvəlkindən daha qısa zaman ərzində 1,6 dəfə daha çox yük daşıya biləcək.

Məqalədə qeyd olunub ki, Dünya Bankının dəstəyi ilə Azərbaycan dəmir yollarının inkişafına fəal şəkildə sərmayə yatırır. Yeniliklər arasında 50 yeni lokomotivin alınması, siqnal sisteminin müasirləşdirilməsi, heyətin təlimi və  dövlət müəssisəsindən  səhmdar cəmiyyətə keçməsi məqsədilə dəmir yolu şirkətinin yenidən  qurulmasını göstərmək olar. 

Layihə çərçivəsində artıq 500 km dəmir yolu təmir olunub. 

"Dövlətin dəmir yollarının yaxşılaşdırılmasına dair qlobal niyyətləri var", - məqalədə qeyd olunub. 

Dünya Bankı göstərir ki, dəyişikliklər ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün faydalı olacaq. 

"Neftin beynəlxalq bazarlara nəqli hökumətin gəlir səviyyəsini artırır. Həmin gəlirlər əmək haqlarının və sosial müavinətlər üzrə ödənişlərin artması hesabına dövlət büdcəsini  dəstəkləməyə kömək edir", - "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Qurban Nəzirov qeyd edib. 

Son xəbərlər

Orphus sistemi