​Dumanlı hava Bakı aeropotunun işinə təsir etməyib

​Dumanlı hava Bakı aeropotunun işinə təsir etməyib Bütün aviareyslər cədvələ uyğun yerinə yetirilir
İnfrastruktur
23 Noyabr , 2015 12:50
​Dumanlı hava Bakı aeropotunun işinə təsir etməyib

Bakı. 23 noyabr. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanından yerinə yetirilən aviareyslərə təsir etməyib.

Aeroportdan "Report"a bildirilib ki, paytaxta gələn və buradan yola salınan bütün reyslər qrafikə uyğun davam etdirilir: "Heç bir reys təxirə salınmayıb. Aviareyslər adi qaydada, cədvələ uyğun şəkildə davam etdirilir. Uçuşların təxirə salınması üçün heç bir problem yoxdur. Hazırda Bakıda müşahidə olunan duman uçuşlara mane olmur. Bu gün nəzərdə tutulan bütün uçuşlar yerinə yetiriləcək".

Son xəbərlər

Orphus sistemi