Dövlət Taxıl Fondu üçün keyfiyyətli buğda tədarükü elan olunub

Dövlət Taxıl Fondu üçün keyfiyyətli buğda tədarükü elan olunub FHN: Tələblərə cavab verməyən və laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək
İnfrastruktur
20 İyun , 2016 19:13
Dövlət Taxıl Fondu üçün keyfiyyətli buğda tədarükü elan olunub

Bakı. 20 iyun. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

"Report"un FHN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”,  “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” Firması, “Xırman” Firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə bu il iyunun 21-dən sentyabrın 1-dək yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. 

Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün: -750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün: -2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə): buğda üçün: - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə) - bütün bitkilər üçün: -13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq -3- cü sinif - 23 faizdən az olmamaqla

buğda üçün: -2- ci qrupdan aşağı olmamaqla - yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

VI. Şüşəvarilik:

-3- cü sinif buğda üçün: -40% -dən az olmamaqla

VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad: - yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir

X. Digər əlamətlər - bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) yol verilmir

FHN bildirir ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):

- “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, Tel: 050-660-39-03, 

- “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, Tel: 050-218-30-06,

- “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, Tel: 012-342-90-04; 050-352-50-01,

- “Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, Tel: 050-314-39-21,

- “Karat-Holdinq”: Xirdalan şəhəri, Samaxı şossesi-23, Tel.: 050-222-38-36,

- “Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 050-223-18-93,

- “Gəncə-Dəirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, 0-50-265-80-75,

- “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,

- “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0-50-200-11-87,

- “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27

- “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, 012-346- 08-08, 055-271-73-73,

- “Pak-Nur” firması: Xaçmaz şəhəri, Tel: 050-590-18-36,

- “Xırman” firması: Biləcəri qəsəbəsi, Tel: 077-270-97-20,

- “Rəşad” firması: Bərdə şəhəri, Tel: 050-215-99-00,

- “Svinks” MMC: Xırdalan şəhəri, Tel: 050-630-65-92.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti;

- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Son xəbərlər

Orphus sistemi