Dövlət Statistika Komitəsinin qarşısında sıxlıq yaranıb

Dövlət Statistika Komitəsinin qarşısında sıxlıq yaranıb Hazırda paytaxtın əsas yollarında avtomobillərin sıxlığı müşahidə edilir
İnfrastruktur
20 Aprel , 2016 08:19
Dövlət Statistika Komitəsinin qarşısında sıxlıq yaranıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobillər yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətində), Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü tərəfində), Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsinin qarşısı), həmçinin Xətai prospekti ("Yaşıl Bazar" istiqamətində), Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahı istiqamətində) və Səməd Vurğun küçəsində (Müasir Təhsil Kompleksinin qarşısında) avtomobillərin sıxlığı qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi