Bakı. 9 oktyabr. REPORT.AZ/ Torpaq sürüşməsi baş vermiş Sumqayıt-Bakı şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi sürüşmə zonası deyil.
Onun sözlərinə görə, digər xırda sürüşmə prosesləri texnogen səbəblərdən əmələ gəlir. Belə proseslər üçün bərkidici layihələr həyata keçirilir.
Ərazidə çəkilən metro xəttinin və yeraltı keçidin bu hadisəyə hər hansı bir təsirinin olub-olmadığını şərh edən Komitə rəsmisi izah edib ki, metro xətti çəkilərkən ərazidə güclü geoloji-mühəndis axtarış işləri aparılır: "Komitənin Baş Ekspertiza İdarəsindən mövcud normativlərə, bütün axtarış növlərinə ciddi riayət olunub-olunmamasına dair müsbət rəy alınır. Bu cür hadisələrin qarşısını alan tədbirlər nəzərdə tutulur və zəruri hallarda icra edilir. Hesab etmirəm ki, həmin ərazidə qorxulu nə isə var".