​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender keçirir

​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender keçirir İddiaçılar tender təkliflərini avqustun 1-dək təqdim etməlidirlər
İnfrastruktur
6 İyul , 2016 13:15
​Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender keçirir

Bakı. 6 iyul. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması işlərinin satın alınması məqsədi ilə açıq tender elan edib. Bu barədə “Report”a qurumun Tender Komissiyasından bildirilib.

Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tərkibi haqqında məlumat tenderin əsas şərtlər toplusunda veriləcək. Normativ sənədlərin 18 ay müddətində hazırlanması nəzərdə tutulub.

Tenderdə iştirak etmək istəyənlər əsas şərtlər toplusunu Komitənin hesabına 250 manat iştirak haqqını ödədikdən sonra ala bilərlər. Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün iyulun 21-dək Komitəyə tələb olunan sənədləri təqdim etməlidir. İddiaçılar tender təklifi və qiymətinin 2%-i həcmində bank təminatını avqustun 1-dək DŞAK-ya təqdim etməlidirlər.

İddiaçılar tenderin əsas şərtlər toplusunda göstərilən keyfiyyət və qiymət seçim üsuluna (KQS) əsasən seçiləcək. Göstərilən vaxtdan gec təqdim edilən təklif zərfləri açılmadan geri qaytarılacaq.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı avqustun 2-də DŞAK-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi