​Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

​Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək Vətəndaşlar fevralın 26-da saat 11:00-dək qəbula yazıla bilərlər
İnfrastruktur
23 Fevral , 2015 18:23
​Dövlət Gömrük Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 27-də 11:00-da İmişli şəhərində vətəndaşları qəbul edəcək.

“Report” DGK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların - İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar fevralın 26-da saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi