​Dekabrda sərnişindaşıma tarifləri 3% bahalaşıb

​Dekabrda sərnişindaşıma tarifləri 3% bahalaşıb Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 9% artıb
İnfrastruktur
12 Yanvar , 2015 16:52
​Dekabrda sərnişindaşıma tarifləri 3% bahalaşıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ilin dekabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1%, sərnişindaşıma tarifləri isə 2,6% artıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5%, digər xarici ölkələr üzrə isə 8,2% artım müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma 8,7% bahalaşıb.

Dekabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2% artıb.

Ay ərzində avtomobil və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Son xəbərlər

Orphus sistemi