Çin Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir

Çin Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir Bu ölkənin “Cedar Ave Capital” şirkətinin rəsmiləri ​“Azərbaycan Dəmir Yolları"nda olub
İnfrastruktur
22 Yanvar , 2016 15:58
Çin Azərbaycanla ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir

Bakı. 22 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-də Çinin “Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan dəmir yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkənin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə dövlət başçısı 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. "Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik", - deyə C.Qurbanov qeyd edib.

Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də 3 avqust 2015-ci ildən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi