Cənub İpək Yolu üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər

Cənub İpək Yolu üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər Daşınmanın müddətinin azaldılması optimallaşdırılma və sinxronlaşdırılma sayəsində təmin ediləcək
İnfrastruktur
28 Yanvar , 2016 11:31
Cənub İpək Yolu üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər

Bakı. 28 yanvar. REPORT.AZ/ Yeni konteyner marşrutu olan Avropa İttifaqı - Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin ("Cənub İpək Yolu") üzrə yüklərin çatdırılma vaxtı 10 sutkaya qədər azaldıla bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna dəmir yollarının Kommersiya İşləri Departamentinin rəhbərinin birinci müavini İvan Xoryakov məlumat verib.

"Test rejimində növbəti qatarı xəttə buraxanda artıq məqsədimiz yolda vaxta qənaət olacaq. Yük daşınmasının 10 sutkaya qədər azaldılmasının real imkanlarını görürük", - deyə İ.Xoryakov bildirib.

Onun sözlərinə görə, daşınmanın müddətinin azaldılması qatarların buraxılması texnologiyasının optimallaşdırılması və dəniz və dəmir yolu məntəqələrinin işinin sinxronlaşdırılması sayəsində təmin ediləcək.

Qeyd edək ki, hazırda Cənub İpək Yolu üzrə yüklərin mənzil başına çatdırılması 12 gün çəkir.

Son xəbərlər

Orphus sistemi