​"Cəfər Cabbarlı" stansiyasının bir xətti bağlanıb

​"Cəfər Cabbarlı" stansiyasının bir xətti bağlanıb Xətt ilin sonuna qədər bağlı qalacaq
İnfrastruktur
10 Fevral , 2015 09:25
​Cəfər Cabbarlı stansiyasının bir xətti bağlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının ikinci xətti təmirə bağlanıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi məlumata əsasən, bundan əvvəl də hər iki xətt mütəmadi istifadə olunmurdu, bir xətdən gələn qatar digəri ilə yola salınırdı.

Relslərdə heç bir problemin olmadığını deyən mətbuat katibi tunelin boya işləri və korroziyanın yol açdığı bəzi problemlərdən dolayı sağlamlaşdırma işləri üçün bağlandığını bildirib.

Qeyd edək ki, xətt fevralın 9-da bağlanıb və ilin sonuna qədər açılmağı planlaşdırılmır.

Son xəbərlər

Orphus sistemi