Cavid Qurbanov: "Azərbaycanın nəqliyyat sektorunda yeni dönəm başlayıb"

Cavid Qurbanov: "Azərbaycanın nəqliyyat sektorunda yeni dönəm başlayıb" Dünya Bankının Azərbaycan üzrə təmsilçisi “Azərbaycan Dəmir Yolları” QSC-də olub
İnfrastruktur
26 Fevral , 2015 20:09
Cavid Qurbanov: Azərbaycanın nəqliyyat sektorunda yeni dönəm başlayıb

Bakı. 26 fevral. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Dəmiryolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində Dünya Bankının Azərbaycan üzrə təmsilçisi Larisa Leşçenko ilə görüş keçirilib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmiryolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb: "Tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından bu gün görülən işlər çox əhəmiyyətlidir. "Azərbaycan Dəmir Yolları" QSC-nin investisiya layihələrində aktiv iştirakı, gələcəkdə dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə imkan yaradacaq".

Görüşdə əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dəmiryolu sektoruna qoyulan investisiyaların rentabelliyinin artırılması, dəyişən cərəyanlı dartı sistemi ilə işləyən 50 ədəd yük lokomotivinin vaxtında təchiz edilməsi və onlar üçün depoların tikilməsi və digər məsələlər müzakirə olunub.

Dünya Bankının Azərbaycan üzrə təmsilçisi Larisa Leşçenko “Dəmiryolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində bu günə kimi görülən işləri təqdirəlayiq hesab edib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi