​Cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir

​Cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının iclası keçirilib
İnfrastruktur
22 Sentyabr , 2014 18:01
​Cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir

Bakı. 22 sentyabr. REPORT.AZ / Cari ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir.

Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə üçtərəfli Nazirlər görüşü zamanı bildirilib.

Görüşdə dəmir yolunun tikintisində hazırkı vəziyyət görüləcək işlər müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının bugünkü iclasında Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın Regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyənin Nəqliyyat naziri Binali Yıldırımın rəhbərlik etdiyi Türkiyə Nümayəndə heyəti iştirak edib.

İclasda Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir. 2015-ci ildə isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi