​Buzovna-Mərdəkan yolunda qazıntı işləri aparılır

​Buzovna-Mərdəkan yolunda qazıntı işləri aparılır Yolun hərəkət hissəsində yol yatağının təmiri işləri aparılır
İnfrastruktur
7 İyul , 2015 10:07
​Buzovna-Mərdəkan yolunda qazıntı işləri aparılır

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda Buzovna qəsəbəsindən Mərdəkan dairəsi istiqamətində təxminən 500-600 metrlik hissədə avtomobil yolunun böyük bir hissəsində qazıntı işləri həyata keçirilib.

"Azeryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, qeyd edilən ərazidə təmir işləri aparılır.

"Buzovna qəsəbəsindən Mərdəkan dairəsi istiqamətində yolun təxminən 500-600 metrlik hərəkət hissəsində yol yatağının müəyyən yerlərində təmir işəri həyata keçirilir. Bu işlərin yaxın zamanlarda yekunlaşması gözlənilir", - deyə şirkətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi