​Bu ilin üç ayında Naxçıvanda neçə obyektə qaz xətlərinin çəkildiyi açıqlanıb

​Bu ilin üç ayında Naxçıvanda neçə obyektə qaz xətlərinin çəkildiyi açıqlanıb Muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötüb
İnfrastruktur
16 Aprel , 2016 10:15
​Bu ilin üç ayında Naxçıvanda neçə obyektə qaz xətlərinin çəkildiyi açıqlanıb

Bakı. 16 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında 362-si əhali, 53-ü qeyri-əhali olmaqla, 415 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilib, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötüb.

"Report" xəbər verir ki, bu barədə “Naxçıvanqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, ilin birinci rübündə qəza dispetçer xidmətləri 6 218 sızma aşkarlayaraq aradan qaldırıb, istismara yararsız olan qaz sayğacları yenilənib. Naxçıvan şəhərində smartkart tipli sayğacların quraşdırılması işi davam etdirilib, rüb ərzində 345 yeni qaz sayğacı istismara verilib. 

Son xəbərlər

Orphus sistemi