​Bu il Azərbaycanda əsas kapitala sərmayələr 0,2% artıb

​Bu il Azərbaycanda əsas kapitala sərmayələr 0,2% artıb Kapital yatırımının 70%-i daxili mənbələr hesabına təmin edilib
İnfrastruktur
15 Oktyabr , 2014 17:14
​Bu il Azərbaycanda əsas kapitala sərmayələr 0,2% artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 11,9 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% çox vəsait yönəldilib, onun 70,4%-i daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 68,2%-i məhsul istehsalı, 31,8%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,3%-ni təşkil edib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilib. Bununla yanaşı, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda yem zavodu və meyvə emalı zavodu, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda tikiş fabriki, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli istifadəyə verilib.

Statistika Komitəsindən bildirilib ki, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1 459,3 min kv. metr olan yeni yaşayış evləri, 230 çarpayılıq xəstəxana, növbədə 142 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 24 812 şagird yerlik ümumtəhsil məktəbləri, 1 092 yerlik məktəbəqədər təhsil müəssisələri, 147 yerlik klub və s. obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi