Bakı. 17 may. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonu Süleyman Əhmədov küçəsində bu gün içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq. "Report"a ASC-nin mətbuat xidmətindən bildirilib ki, məhdudiyyət həmin küçədə yeni tikilən şəbəkənin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.