​Bu gün paytaxtın Nəsimi rayonunda su problemi olacaq

​Bu gün paytaxtın Nəsimi rayonunda su problemi olacaq Bu, Nəsimi rayonunun A.Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə bağlıdır
İnfrastruktur
19 Dekabr , 2014 10:37
​Bu gün paytaxtın Nəsimi rayonunda su problemi olacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Nəsimi rayonunda əhaliyə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "Report"a bildirilib ki, Nəsimi rayonunun A.Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar dekabrın 19-da gün ərzində 3-cü Alatava yaşayış massivi, A.Salamzadə, C.Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində fasilələr olacaq.

"Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir", - deyə şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi