Bu gün Bakıdan İstanbula 6 sərnişin avtobusu yola düşüb

Bu gün Bakıdan İstanbula 6 sərnişin avtobusu yola düşüb Sərnişinlərin bir hissəsi biletlərini geri qaytarıblar
İnfrastruktur
16 İyul , 2016 15:27
Bu gün Bakıdan İstanbula 6 sərnişin avtobusu yola düşüb

Bakı. 16 iyul. REPORT.AZ/ "Bu gün Bakıdan İstanbula hərəkət edən avtobus reysləri ləvğ edilməyib. Bakı Beynəlxalq Avtovağzalından İstanbula 6 sərnişin avtobusu yola düşüb".

Bunu "Report"a açıqlamasında qurumun növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamət üzrə bilet alan sərnişinlərdən təxminən 20-25 nəfər biletlərini geri qaytarıb: "Bu gün də İstanbula hərəkət edən avtobusların qrafiklərində dəyişiklik olmayıb. Onlar qrafik üzrə reyslərini yerinə yetirirlər. Ancaq 20-25 sərnişin bu istiqamət üzrə biletini geri qaytarıb. Saat 13:00-da 6 avtobus Bakı Beynəlxalq Avtovağzalından yola düşüb. Avtobuslar İstanbula təxminən 30-35 saata çatacaqlar". 

Son xəbərlər

Orphus sistemi