​Bu gün Bakıda 12 küçə və 6 prospektdə yol bağlı olacaq - SİYAHI

​Bu gün Bakıda 12 küçə və 6 prospektdə yol bağlı olacaq - SİYAHI Avtomobillər üçün hərəkət tam və ya qismən məhdudlaşdırılıb
İnfrastruktur
20 İyun , 2015 09:12
​Bu gün Bakıda 12 küçə və 6 prospektdə yol bağlı olacaq - SİYAHI

Bakı. 20 iyun. REPORT.AZ/ Bu gün saat 05.30-dan 21.00-a qədər Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılır. "Report" xəbər verir ki, bu, "Bakı 2015" Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq həyata keçirilir.

Belə ki, Azadlıq Meydanından başlayacaq və orada başa çatacaq yol velosiped yarışı şəhər mərkəzində Üzeyir Hacıbəyli küçəsi, Bül-Bül prospekti, Rixard Zorge küçəsi, Rəşid Behbudov küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Əziz Əliyev küçəsi, İstiqlaliyyət prospekti, Lermontov küçəsi, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Landau küçəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Şəmsi Bədəlbəyli küçəsi, İnşaatçılar prospekti və Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Həmin yol kəsişmələrinə yol polisi tərəfindən nəzarət ediləcək.

Yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin parklanmasına icazə verilməyəcək. Yol velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılan yollar barədə tam məlumat xəritədə göstərilib.

Son xəbərlər

Orphus sistemi