​Bu gün Ağdaşın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

​Bu gün Ağdaşın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq Hacıqabul, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
İnfrastruktur
27 İyul , 2016 08:57
​Bu gün Ağdaşın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

"Report" SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi