Böyükşor gölündə 15 hektardan çox sahədə abadlıq işləri aparılıb

Böyükşor gölündə 15 hektardan çox sahədə abadlıq işləri aparılıb Fransa Sahibkarlar Təşkilatının rəhbəri Böyükşor gölündə olub
İnfrastruktur
12 May , 2016 19:47
Böyükşor gölündə 15 hektardan çox sahədə abadlıq işləri aparılıb

Bakı. 12 may. REPORT.AZ/ Fransa Sahibkarlar Təşkilatının (MEDEF) biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini Mari-Anj Döbon Bakıya səfəri çərçivəsində Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində gölün şərq-cənub sahilində bulvar və park salınıb. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Ərazidə idman, uşaq oyun meydançaları qurulub, qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac, bəzək kolları əkilib. Gölün tam bərpasını nəzərdə tutan növbəti mərhələdə isə göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

Eyni zamanda Mari-Anj Döbon “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimovla görüşərək əməkdaşlığın genişləndirilməsi perespektivlərini müzakirə edib.Qeyd edək ki, “Təmiz Şəhər” ASC ilə “SUEZ” qrupu arasında bağlanan müqaviləyə əsasən, şirkət Böyükşor gölünün bərpası layihəsi çərçivəsində Balaxanı sahillərinin və neftlə çirklənən torpaqların təmizlənməsi, bu torpaqların yenidən istifadəsi üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihələndirmə və ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi