"Bombardier" Azərbaycan üzrə yeni direktor təyin edib

"Bombardier" Azərbaycan üzrə yeni direktor təyin edib Bu yaxınlarda aviaistehsalçı bir sıra sahələr üzrə yeni kadrlar cəlb edib
İnfrastruktur
7 May , 2016 14:51
Bombardier Azərbaycan üzrə yeni direktor təyin edib

Bakı. 7 may. REPORT.AZ/ Kanadanın "Bombardier" aviaistehsalçı şirkəti MDB ölkələrində işgüzar təyyarələrin satışı üzrə yeni direktor təyin edib. "Report"un "BizavNews" saytına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Yelena Skomoroxina seçilib. 

Buna qədər Y.Skomoroxina "Airbus Helicopters" (əvvəl "Eurocopter") və "Airbus Corporate Jets." şirkətində işləyib. "Bombardier Business Aircraft"ın vitse-prezidenti Kristof Dequmuanın sözlərinə görə, MDB bazarının böyüməsi üçün böyük potensial var və yeni satış direktorunun təyinatı ilə kanadalı istehsalçının mövqeləri daha da möhkəmlənəcək.

"Y.Skomoroxinanın təcrübəsi bizim MDB ölkələrində mövqelərimizin nəzərə çarpacaq dərəcədə möhkəmlənəcəyinə ümidləri artırır. Azərbaycan və Qazaxıstan kimi ölkələr ilk növbədə iqtisadi inkişaflarına görə regionda əsas dövlətlərdirlər. Biz müştərilərimizə istər orta və superorta siniflərdə, istərsə də ultrauzaq siniflərdə istənilən həllər təklif edə bilərik", - K.Dequmua əlavə edib.

Ötən il ərzində kanadalı istehsalçı 199 biznes-jet tədarük edib. "Bombardier"in işgüzar təyyarələr üzrə tədarükünə keçən il "73 Global 5000/6000", "68 Challenger 300/350", "25 Challenger 605/650", 1 ədəd "Challenger 850" və "32 Learjet 70/75" daxil olub.

Qeyd edək ki, "Bombardier" Mərkəzi - Şərqi Avropa və MDB ölkələrində magistral və metro xətləri sahəsi üzrə yeni təyinat edib. Bu vəzifəyə yeni prezident Germar Uaker (Germar Wacker) seçilib. 

Son xəbərlər

Orphus sistemi