​Bolqarıstan və Türkiyə Azərbaycan qazının tədarükü üçün interkonnektor tikəcək

​Bolqarıstan və Türkiyə Azərbaycan qazının tədarükü üçün interkonnektor tikəcək Yunanıstan və Türkiyə ilə interkonnektorlar qazın bütün mümkün istiqamətlərdən şaxələndirilməsinə imkan yaradacaq
İnfrastruktur
17 Dekabr , 2015 08:42
​Bolqarıstan və Türkiyə Azərbaycan qazının tədarükü üçün interkonnektor tikəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Bolqarıstan və Türkiyə qaz interkonnektoru tikməyi planlaşdırır. Bu boru kəməri sayəsində Bolqarıstan Azərbaycandan təbii qaz ala biləcək.

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Sofiyada bolqar həmkarı Boyko Borisov ilə aparılan danışıqların yekunu üzrə keçirilən mətbuat konfransı zamanı bildirib.

"Biz nəqliyyat layihələri həyata keçirməyi planlaşdırırıq. Onların arasında "Sofiya-İstanbul" sürət qatarının istifadəyə verilməsi var. Bolqarıstan və Türkiyə Azərbaycandan təbii qazın tədarükü üçün qaz interkonnektoru ilə bir-birinə bağlı olacaq. Biz Sipras ilə (Yunanıstanın baş naziri - red.) Azərbaycan qazının tədarükünə dair ideyanın yenidən dirçəldilməsi üçün qərara gəldik ki, bəlkə də, elə cümə axşamı (17 dekabr - red.) Brüsseldə görüş keçirdik. Yunanıstan və Türkiyə ilə interkonnektorlar qazın bütün mümkün istiqamətlərdən şaxələndirilməsi və nəqlinə imkan yaradacaq", - deyə Davudoğlu bildirib.

Bolqarıstanın baş naziri Boyko Borisov öz növbəsində qeyd edib ki, Bolqarıstan, Yunanıstan və Türkiyə arasında interkonnektorların inşası Balkanlarda gələcək qaz xabının əsasını qoyacaq və enerji daşıyıcıları tədarükünün şaxələndirilməsinə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi