"Boeing" şirkəti "B747" laynerindən imtina edir

"Boeing" şirkəti "B747" laynerindən imtina edir Təyyarə istehsalçısı bu modelə olan tələbatın azaldığını açıqlayıb
İnfrastruktur
28 İyul , 2016 17:48
Boeing şirkəti B747 laynerindən imtina edir

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ-ın "Boeing" təyyarə istehsalçı şirkəti tarixində ən uğurlu modeli hesab edilən "B747" tipli təyyarəsinin istehsalını dayandırıb. 

"Report"un RBC-yə istinadən verdiyi məlumata görə, şirkət bu qərarını modelə olan tələbatın azalması ilə əsaslandırıb.

Şirkətin maliyyə hesabatına qeyd edilir ki, sifarişlərin azalması və aviadaşımaların artım tempinin proqnoz ediləndən daha az olması 2019-cu ildən başlayaraq "Boeing-747" modelinin istehsalından imtina etməyə vadar edib. Sentyabrda şirkət bir il üçün altı təyyarə istehsal etməyi planlaşdırır, onlardan ikisinin ABŞ prezidentinə xidmət edəcəyi ehtimal edilir.

Şirkətdə qeyd edilib ki, həmin təyyarə modelinə dair sifarişlərin sayı kifayət etməzsə, bu, əlavə itkilərə səbəb olacaq.

"The Wall Street Journal"ın isə yazdığına görə, "Boeing-747"-nin satışında yaranan problemə təsir edən əsas amillərdən biri də aviaşirkətlərin daha tutumlu təyyarələrə üstünlük verməsi ilə bağlıdır. Bu isə bütün dünya istehsalçılarına öz planlarını dəyişməyə vadar edir.

"Airbus" şirkəti də bir müddət əvvəl "A-380" laynerinin istehsalını iki dəfə azaldacağını bəyan edib.

"Boeing"in maliyyə hesabatına əsasən, şirkətin bu ilin II rübündə itkiləri 234 mln. dollar təşkil edib, halbuki ötən ilin aprel-iyun aylarında 1,11 mlrd. dollarlıq mənfəət əldə olunub. İtkilərin əsas səbəbləri sırasında "Boeing-787"-nin proqramının tədqiqatı və işlənib hazırlanmasına çəkilən xərclərə yenidən baxılması göstərilir.

Qeyd edək ki, "Boeing-747" modeli 1970-ci ildən istehsal olunur. Bütün bu müddət ərzində 1 500 layner istehsal edilib. Bu modelin satışının ən yüksək həddi 1970-ci ildə qeydə alınıb - həmin il 92 belə təyyarə satılıb. 

Son xəbərlər

Orphus sistemi