Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda bir neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb.
Qeyd edilən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılır. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Ehtiyacı olan yerlərdə yol yatağı bərkidiləndən sonra, bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burada 12,5 min kvadrat metr ərazidə asfaltlanma işləri aparılacaq və 1,5 min paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə start verilib.
Təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdiriləcək. Bütün işlər qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.